"Bu, hələ başlanğıcdır. Ayxan müəllim gələndən sonra komanda xarakter göstərir. Hər şey göz qabağındadır". Sport24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov deyib.

Cinah müdafiəçisi evdə İslandiyaya uduzduqları (0:2) DÇ-2026-nın seçmə mərhələsinin oyunundan sonra fikirlərini bölüşüb:

"İnanıram ki, gələcəkdə daha da yaxşı çıxış edib xalqımızı sevindirəcəyik".

Hüseynov noyabrın 13-də Fransaya qarşı keçirəcəkləri qarşılaşmaya da toxunub:

"Rəqib Fransadır. Amma yaxşı hazırlaşmağa çalışacağıq. Vaxtımız azdır. Əlimizdən gələni edəcəyik ki, ən azından xalqımızı sevindirək. Qələbə qazanmaq bir az çətin olacaq. Amma yenə də rəqibdən çəkinməyəcəyik. Ümid edirəm, yaxşı nəticəyə nail ola bilərik".

O, son olaraq yığmanın uzun müddət rəsmi matçlarda qələbə qazana bilməməsinə də toxunub:

"Hər şey göz qabağındadır. Ayxan müəllim gələndən sonra uşaqlarda əzmkarlıq, xarakter yaranıb. Hamı vuruşur. Mən və komanda da qələbə qazanmaq istəyir. Amma hələlik alınmır. İnanıram ki, yaxın gələcəkdə xalqımızı sevindirəcəyik".