"Qarabağ"ın futbolçusu Abbas Hüseynov uzun fasilədən sonra yaşıl meydana qayıdıb. Sport24.az xəbər verir ki, 28 yaşlı cinah müdafiəçisi bu il ilk rəsmi matçına çıxıb.

Bu, Premyer Liqanın XII turunda "Kəpəz"lə Tofiq Bəhramov adına Respublika stadionundakı matçda baş verib. Abbas sona 20 dəqiqə qalmış Toral Bayramovu müdafiənin sol cinahında əvəzləyib.

Xatırladaq ki, Hüseynov bu ilin qış təlim-məşq toplanışında ağlr zədələnərək əməliyyat olunmuşdu. O, son dəfə keçən ilin dekabrında oynamışdı.