Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin cütləri müəyyənləşib. Sport24.az xəbər verir ki, 15 turluq ilk mərhələdən sonra turnir cədvəlinin birinci "8-liy"ində qərarlaşan komandalar pley-offda mübarizəni davam etdirəcəklər.

 

İki oyundan ibarət olacaq 1/4 finalda azarkeşlər "Zirə" - "Aznur", "Birbaşa Bakı" - "İnter", "Odlar Yurdu" - "Abşeron", "Real Bakı" - "Qalaksi" qarşılaşmalarını izləyəcəklər. 

 

Qeyd edək ki, İlk görüşlər aprelin 3-də, cavab matçları isə 10-da oynanılacaq.