Basketbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Sport24.az xəbər verir ki, hər 2 matç Bakıda "Sərhədçi" İdman Mərkəzində baş tutub.

 

Günün ilk oyununda NTD-İNDİQO "Xəzri" ilə qarşılaşıb. Hər 2 komandanın finala çıxmaq şansları bərabər olsa da, nominal qonaqlar həlledici oyuna vəsiqə qazanıb.

 

Digər cütdə isə "Neftçi" ilə "Sərhədçi" üz-üzə gəlib. Matç "ağ-qaralar"ın üstünlüyü ilə keçib və onlar bunu sonadək qoruyub.

Qeyd edək ki, kubokun finalı aprelin 20-də olacaq. Oyun saat 15:00-da start götürəcək.

Azərbaycan kuboku
Yarımfinal
17 aprel

16:00. NTD-İNDİQO – "Xəzri" - 73:78 (14:31, 24:15, 17:13, 18:19)
19:30. "Neftçi" – "Sərhədçi" - 91:73 (31:22, 21:20, 20:16, 19:15)