“Bruklin Nets”dən ayrılacağı gözlənilən MBA ulduzu Kayri İrvinqin xidmətində maraqlı olan komandaların adları açıqlanıb. Sport24.az xəbər verir ki, ABŞ-ın məşhur basketbol insayderi Edrian Voynarovskinin məlumatına görə, “Los Anceles Leykers”lə yanaşı, “Finiks Sanz”, “Dallas Maveriks” və “Los Anceles Klippers” də 30 yaşlı basketbolçunun xidmətində maraqlıdı.

Fevralın 9-na qədər İrvinqin “Bruklin”dən ayrılacağı gözlənilir. “Nets” rəhbərliyi onu başqa klubun basketbolçuları ilə dəyişməsə, yayda İrvinq azad agent statusu əldə edəcək. Bu isə “Bruklin”ə sərf etmir.

Xatırladaq ki, ulduz basketbolçu cari mövsümdə 40 görüşdə meydana çıxıb və hər oyuna orta hesabla 27,1 xal, 5,1 ribaund və 5,3 məhsuldar ötürmə ilə yadda qalıb.