Türkiyəli basketbolçu Onuralp Bitim karyerasını "Çikaqo Bullz"da davam etdirəcək. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı basketbolçu həm NBA, həm də Gənclər Liqasında çıxış edə biləcək.

Müqaviləyə əsasən, Onuralp mövsüm ərzində ən çox 50 oyunda çıxış edə biləcək.

Qeyd edək ki, basketbolçu ötən mövsümü "Bursaspor"un heyətində keçirib və 30 oyunda meydanda olub.