Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında 1-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, ADTU-nun idman zalında üç qarşılaşma baş tutub.
Gərgin keçən görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
“Sərkərdə” – “Atom” 66:61 “Xırdalan” – “Atletik” 67:73 “Sıçrayış” – “80-lər” 84:77
Xatırladaq ki, mövsümün və ilk turun açılış oyununda “Zirvə Astara” “Gəncə” ilə görüşdə 77:56 hesabıyla qələbə qazanmışdı.