"Gəncə"ni qələbə münasibətilə təbrik edirəm. Evdə oynamağın üstünlüyündən yaxşı yararlandılar". Sport24.az xəbər verir ki, bunu "Şəki"nin baş məşqçisi Bedri Meriç deyib.

 

Mütəxəssis səfərdə "Gəncə"yə uduzduqları (71:94) Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyunu ilə bağlı fikirlərini bölüşüb:

 

"Bu gün istədiyimiz müdafiəni qura bilmədik. Oyunçularımız yorğun idi, ehtiyat heyətimiz də kasaddır. Əsas oyunçularımız da istədiyimiz performansı nümayiş etdirə bilmədi. Üstəlik, "Gəncə" 60-70% 3 xallıq atışlardan istifadə etdi. Son vaxtlar 3 xallıq atışlarda problem yaşayırıq. Bunu son oyunda düzəltməyə çalışacağıq. Oxuduğum bir romanda deyildiyi kimi, nərdivanla çıxdıq, bura qədər gəlmişiksə, bir mərhələ də adlaya bilərik. O bir addımı atmaq üçün də əlimizdən gələni edəcəyik"".

 

Qeyd edək ki, ilk qarşılaşmada "Şəki" qalib gəldiyi (85:84) növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq. Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.