"Mançester Siti"nin futbolçusu Kevin De Bruyne yayda klubu azad agent kimi tərk edəcək. Sport24.az xəbər verir ki, 33 yaşlı belçikalı yarımmüdafiəçi klubun ona yeni müqavilə təklif etməməsinə təəccüblənib:

 

"Bir az şok oldu. Onlardan il boyu heç bir təklif almamışdım. Sonra klub qərarını verdi. Təbii ki, bir az təəccübləndim, amma qəbul etməli oldum. Düzünü desəm, hələ də bu səviyyədə çıxış edə biləcəyimə inanıram. Amma başa düşürəm ki, klub bir qərar qəbul etməli idi".

 

Qeyd edək ki, Kevin 2015-ci ilsən Mançester təmsilçisinin heyətində çıxış edir.