"Beşiktaş"ın futbolçusu Joao Mario karyerasına başqa ölkədə davam edə bilər. Sport24.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubu portuqaliyalını bu yay heyətinə qatmağı planlaşdırır.

 

Bu klubun baş məşqçisi Fatih Terim Joaonu sərəncamında görmək istədiyini rəhbərliyə bildirib.

 

Portuqaliya millisinin üzvü "Beşiktaş"a 2027-ci il iyunun 30-na qədər məxsusdur.

 

O, "Sportinq", "İnter", "Vest Hem", "Lokomotiv"(Moskva), "Benfika" klublarında oynayıb.