Ruben Amorim "Vulverhempton"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, Amorim "Sky Sports"a açıqlamasında bunları qeyd edib:

 

"Onların qapıya yeganə zərbəsindən qol buraxdıq. Onlar vurdu, biz isə məğlub olduq. Hər şey məhz belə olacaq: yüksəlişlər və enişlər. Gəlin sadəcə mövsümü tamamlayıb nəticə çıxaraq.

 

Belə günlər həqiqətən məyusedicidir. Biz rəqibdən üstün idik, amma əgər qol vurmursansa, qalib gələ bilməzsən".