Rusiyada bir illik həbsxana həyatı yaşayan qadın basketbolçulardan ibarət ABŞ millisinin üzvü Brittni Qrayner karyerasını bərpa etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, ulduz basketbolçu ölkəsinin “Finiks Merküri” klubunda çıxışını davam etdirəcək.

Brittni 9 illik karyerası ərzində ABŞ-da yalnız bu komandanın heyətində çıxış edib. O, 7 dəfə “All Star” matçında iştirak edib, iki dəfə də ABŞ millisi ilə Olimpiadanın qalibi olub. Ulduz basketbolçu karyerası ərzində Çin klubları ilə yanaşı Rusiyanın “UQMK Yekaterenburq” komandasının heyətinində çıxış edib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 17-də Moskvadakı hava limanlarından birində Qraynerin üzərində narkotik vasitələr aşkarlanıb. O, bir müddət cəzasını çəkdikdən sonra Amerikadakı rusiyalı siyasi məhbus Viktor Butla dəyişdirilib.