Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən qızlardan ibarət U-16 və U-18 yığmalarımız, yoldaşlıq görüşlərində öz güclərini sınaqdan keçiriblər.

Sport24.az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz, keçirdikləri 6 yoxlama oyununun hamısında rəqiblərinə qalib gəlməyi bacarıblar. 

AZE-U18 - "Daçka Şerifalı" U18 (67-58)
AZE-U16 - "Daçka Şerifalı" U16 (61-56)
AZE-U18 - "Sakarya Asaş" U18 (71-68)
AZE-U16 - "Sakarya Asaş" U16 (83-53)
AZE-U18 - "İstanbul Yıldızları" U18 (56-53)
AZE-U16 - "İstanbul Yıldızları" U16 (72-60)