NTD klubu heyətinə yeni basketbolçu cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

 

Avstraliyalı oyunqurucusu Cessi Gi mövsümün sonunadək komandada çıxış edəcək.

 

30 yaşlı basketbolçu sonuncu klubu Avstraliya təmsilçisi "Diamond Valley Eagles" olub.

 

Qeyd edək ki, Cessi Gi 2023/2024 mövsümündə "Xırdalan"ın formasını geyinib.