Koronavirus səbəbiylə dayandırılan Amerika Milli Basketbol Assosiasiyasında (NBA) mövsümün taleyinə aydınlıq gəlib. Sport24.az xəbər verir ki, qurum, cari mövsümün tamamlanmasına qərar verib. Bu barədə NBA-nın rəsmi saytı məlumat yayıb.

Məlumata görə, oyunlar iyulun 31-dən bərpa olunacaq. Mövsümün bərpasından sonra formatda dəyişiklik olacaq. Belə ki, mövsüm 30 deyil, 22 komandanın iştirakı ilə keçiriləcək. Bundan başqa, bütün oyunlar Orlondoda baş tutacaq.

NBA martın 11-də dayandırılmışdı.