MBA əfsanələri Dirk Novitski, Dueyn Ueyd, Toni Parker və Pau Qazolun adı liqanın Şərəf Zalına daxil edilə bilər. Sport24.az xəbər verir ki, bununla yanaşı hazırda “San Antonio Spörz”ün baş məşqçisi Qreqq Popopviçin adı namizədlər sırasındadır.

Siyahıda məşhur amerikalı qadın basketbolçu Bekki Hemmonun da adının yer alması diqqət çəkir.

Parker 4, Ueyd 3, Qazol 2, Novitski 1 dəfə MBA çempionu olub. Popoviç isə “San Antonio”ya 5 dəfə MBA çempionluğu qazandırıb.

Onu da bildirək ki, Şərəf Zalına daxil olunan basketbolçuları 24 nəfərdən ibarət xüsusi komitə seçir. Bu siyahıya düşmək üçün onlar minimum 18 səs toplamalıdır.