"Qalatasaray" və Türkiyə milli komandasının sabiq basketbolçusu İşıl Alben yenidən idmana qayıdır. Sport24.az xəbər verir ki, ötən mövsüm peşəkar idmançı karyerasını başa vuran Alben "sarı-qırmızılar"da rəhbər postda çalışacaq.

37 yaşlı Alben klubun baş koordinatoru olacaq.