"Matça yaxşı başlamadıq. İlk iki periodda oyunumuz istədiyimiz kimi getmədi". Sport24.az xəbər verir ki, bunu "Gəncə"nin basketbolçusu Cordan Forbs klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Amerikalı oyunçu ABL-nın IV turunda "Şəki"yə 68:65 hesabı ilə qalib gəldikləri oyunu şərh edib: "Baş məşqçimiz daha yaxşı mübarizə apara biləcəyimizi qeyd etdi. Bizi qələbəyə ruhlandırdı. Tam oyuna fokuslandıq, geri çəkilmədik. Əzmkar oynadıq. Meydanda layiqincə mübarizə aparıb istədiyimiz nəticəni qazandıq".
"Şəki" ilə oyunda Forbs qazandığı xallara görə komandasının ən yaxşısı olub. Amma Cordan özünü xilaskar hesab etmir: "Xilaskar deyiləm. Sadəcə, komandada öz rolumu oynadım. Üzərimə düşəni etdim. Hər oyun "Gəncə" üçün əlimdən gələni etməyə çalışıram. Bu kollektivin bir parçası kimi özümü aparıcı oyunçulardan biri hesab edirəm".
Basketbolçu qarşıdakı turda üz-üzə gələcəkləri "Sumqayıt" ilə görüşlə bağlı da danışıb: "Səfərə qrupun lideri kimi yollanırıq. Qələbəni hədəfləmişik. İlk dövrəni məğlubiyyətsiz, maksimum göstərici ilə tamamlamaq istəyirik".
Qeyd edək ki, "Gəncə" IV turdan sonra 8 xalla B qrupunun lideridir.