"Basketbolçularım sonadək çox yaxşı mübarizə apardılar".

Sport24.az xəbər verir ki, bunu "Neftçi" basketbol klubunun baş məşqçisi Anar Sarıyev deyib.

Mütəxəssis Azərbaycan kubokunda "Sərhədçi"ni 91:73 hesabı ilə məğlub etdikləri yarımfinal görüşünü şərh edib. O bildirib ki, yaxşı komanda oyunu öz bəhrəsini verib: "Rəqib komandanı da təbrik edirəm. Yaxşı oynadılar, ancaq qələbəni biz qazandıq. Oyunçularımız daha çox istəkli idilər. Artıq final görüşünə hazırlaşacağıq. Məşqlərdə planlarımızı müzakirə edəcəyik və finalda maksimum mübarizə aparıb kubokun sahibi olmağa çalışacağıq".

Qeyd edək ki, "Neftçi"nin finalda rəqibi NTD-İNDİQO-nu 78:73 hesabı ilə məğlub edən "Xəzri" olacaq. Həlledici qarşılaşma aprelin 20-də keçiriləcək.