Basketbolun 3x3 növü üzrə Qadın seriyasında fasilə yaranıb. Sport24.az xəbər verir ki, buna Pars-2024 Yay Olimpiya Oyunları səbəb olub.

 

Yarışın final da daxil olmaqla son 4 mərhələsi ərəfəsində ümumi turnir cədvəli açıqlanıb. Quba mərhələsindən sonrakı siyahıda 49 komanda yer alıb.

 

Azərbaycan millisi 109 xalla 29-cu yerdə qərarlaşıb. Komandamız buna qatıldığı üç mərhələdə nail olub.

 

"Baku Flames" cədvəldə 35-cidir. Təmsilçimiz iki mərhələdə 75 xal toplayıb.

 

Qeyd edək ki, seriyanın lideri 480 xala malik Niderland millisidir.