"Qarabağ"ın sabiq legioneri Maqaye Geye hazırda çıxış etdiyi Rumıniyanın "Dinamo" klubunda problemlə üzləşib. Sport24.az xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu bir neçə aydır maaş ala bilmir.

 

Maraqlıdı ki, 2020-ci ilin oktyabrından çıxış etdiyi Buxarest təmsilçisində ayda 25 000 avro qazanan 31 yaşlı forvardın psixologiyasının pozulduğu da bildirilir. Belə ki, iddiaya görə, artıq meydana çıxmaq istəməyən futbolçu zədəli olduğunu bəhanə edərək, matçlarda iştirak etmir.

 

Qeyd edək ki, Qeye 2019/20 mövsümündə "Qarabağ"ın heyətində 28 oyunda 8 qol vurub.