Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Sport24.az xəbər verir ki, 2-ci dövrənin 9-cu turunun oyunları martın 3-də keçiriləcək.

Günün ilk qarşılaşmasında, saat 14:00-da “Murov”la MOİK üz-üzə gələcək. Bu oyundan üç saat sonra “Ekspress”– “Sərhədçi” görüşünə start veriləcək. Hər iki qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində olacaq.

Pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.