Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib. Sport24.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, I dövrədə keçiriləcək matçlar yanvarın 26-27-də və 29-da təşkil olunacaq.

Yanvarın 26-da ikinci turda “Express” “Sərhədçi”ni sınağa çəkəcək. Qarşılaşma saat saat 18:00-da başlayacaq. Ertəsi gün saat 16:00-da MOİK “Murov”la üz-üzə gələcək.

Yanvarın 29-da isə III turun “Neftçi” - “Express” oyunu olacaq. Qarşılaşmanın start fiti saat 15:00-da veriləcək.

Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun təşkil olunan oyunlar azarkeşsiz keçiriləcək.