16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan yığması Avropa çempionatının 2-ci mərhələsində 3-cü oyununu keçirəcək. Sport24.az xəbər verir ki, B qrupunda yer alan millimiz bu gün İspaniyada Avstriya ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, millimiz İspaniyada keçirilən qrup oyunlarına iki məğlubiyyətlə start verib.