"Türk hava Yolları" qadın voleybol komandası heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, braziliyalı Julia Berqmann Türkiyə təmsilçisinin şərəfini qoruyacaq.
Bu barədə klubun sosial media hesablarında məlumat verilib.
Qeyd edək ki, komandaya baş məşqçi olaraq Ze Roberto gətirilib. İddialı heyət qurmaq istəyən klub transfer çalışmalarını davam etdirir.