Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turdan təxirə salınan “Sərhədçi” – “Murov” oyununun keçirilmə yeri və vaxtı dəqiqləşib. Sport24.az xəbər verir ki, qarşılaşma fevralın 9-da saat 17:00-da başlayacaq.

Fevralın 12-də isə V turun matçları keçiriləcək. Günə saat 15:00 –da “Neftçi” - “Sərhədçi” qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da MOİK – “Ekspress” matçı başlayacaq. 

Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.