Azərbaycanın kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış kubokunda mübarizəni dayandırıb.

Sport24.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab matçında Niderland təmsilçisi "Orion"a iki set verən komanda turnirlə vidalaşıb.

İlk görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olan ölkə çempionu hazırda davam edən qarşılaşmada geridönüş etsə belə, növbəti mərhələ şansını itirib.

"Murov" - "Orion" matçında ilk 3 setdən sonra hesab qonaqların xeyrinədir - 2:1.

Xatırladaq ki, bu gün qadınlardan ibarət "Azərreyl" komandası da Almaniyada "VfB SUHL Thüringen"in müqavimətini qırmağa çalışacaq. Komanda ötən gün ilk oyunda 1:3 hesabı ilə yenilib. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, görüşlər Almaniyada keçirilir.