Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinalın 2-ci oyunlarına start verilib. Sport24.az xəbər verir ki, Yüksək Liqada ilk finalçı "Azərreyl" olub

 

"Dəmiryolçular" ilk matçda olduğu kimi, cavab qarşılaşmasında da MOİK-i 3:0 məğlub edib. 

 

Qeyd edək ki, ikinci finalçı sabah keçirilək "Neftçi" - "Murov Az Terminal" görüşündən sonra müəyyənləşəcək.

 

Yüksək Liqa, kişilər
Yarımfinal, 2-ci oyun

MOİK - "Azərreyl" – 0:3 (12:25, 18:25, 14:25)

İlk oyun – 0:3 (15:25, 17:25, 12:25)