Avropa Voleybol Konfederasiyası daha bir azərbaycanlı hakimə növbəti təyinat göndərib. Sport24.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Konstantin Selin yanvarın 18-də “Çağırış kuboku”nun 1/8 final matçını idarə edəcək.

Konstantin Selin Türkiyədə Başkent İdman salonunda kişi voleybolçular arasında “Halkbank” (Türkiyə) - “Union” (Avstriya) klublarının qarşılaşmasında ikinci hakim olacaq. Matçda birinci hakim vəzifəsini polşalı Bartlomey Adamçik  yerinə yetirəcək.