Kişilər və qadınlar arasında Azərbaycanın voleybol çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Sport24.az xəbər verir ki, aprelin 12-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 17-ci turun oyunları keçiriləcək.

“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq tura saat 16:00-da “Neftçi” – “Sərhədçi” matçı ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK “Ekspress”lə görüşəcək.

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 11-ci tur isə aprelin 13-də baş tutacaq. Turun ilk matçı saat 16:00-da “Abşeron” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” – UNEC duelinə start veriləcək.

Görüşlər Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.