Voleybol üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı açıqlanıb.

Sport24.az xəbər verir ki, dekabrın 22-də qadın voleybolçular arasında Yüksək Liqada 1-ci turun matçları keçiriləcək.

İlk olaraq meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. Bu görüşdən iki saat sonra “Azərreyl” - UNEC duelinə start veriləcək.

Dekabrın 23-də isə kişi voleybolçular arasında Yüksək Liqada 1-ci turun “Murov” – “Neftçi” oyunu keçiriləcək. Matç saat 17:00-da başlayacaq. Hər 3 qarşılaşma Voleybol Mərkəzində təşkil olunacaq.

Xatırladaq ki, kişi və qadın voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.