Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunacaq "Norway Chess" turnirində iştirak edəcəklər. Sport24.az əbər verir ki, yarışda norveçli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ təmsilçisi Uesli So, niderland şahmatçısı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao mübarizə aparacaq.

"Norway Chess" 31 may - 10 iyun tarixlərini əhatə edəcək.