Azərbaycan şahmatçısı Nicat Abasov Torontoda keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq. Sport24.az xəbər verir ki, şahmatçımız VIII turda rusiyalı Yan Nepomnyaşi (FIDE) ilə üz-üzə gələcək.

 

Abasov qara fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Şahmatçılar arasında I tura təsadüf edən görüş heç-heçə yekunlaşıb - 0,5:0,5.

Azərbaycan təmsilçisi hazırda 2 xalla sonuncu - səkkizinci sıradadır. 4,5 xala malik Nepomnyaşi isə vahid liderdir.

 

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu çinli Dinq Lirenlə Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.