Respublika Şahmat Mərkəzində təşkil olunan rapid və blits növləri üzrə Azərbaycan çempionatı davam edir. Sport24.az xəbər verir ki, rapid yarışında beynəlxalq usta Murad İbrahimli ilə Türkan Məmmədyarova birinci yeri tutublar.
Qeyd edək ki, çempionatın nəticələrinə əsasən ilk üç yeri tutacaq şahmatçılar Azərbaycan Şahmat Federasiyası tərəfindən dünya çempionatına ezam olunacaqlar.