"Premier School" klubunda şahmat üzrə beynəlxalq reytinqli  "Mega Open" turniri başa çatıb. Sport24.az xəbər verir ki, İsveçrə sistemi ilə 2000 əmsaladək iştirakçılar arasında keçirilən yarış 7 turu əhatə edib.


Yarışın yekunlarına görə, Emil Mehralıyev 1-ci, Müthat Gülümov 2-ci, Məhəmməd Bağırov isə 3-cü yeri tutub.


Turnirin qaliblərinə pul mükafatı, kubok, medal və diplomlar təqdim edilib. Bağlanışda təşkilatçılar azyaşlı şahmatçıları da unutmayıb. Onlar üçün əyləncəli şou proqramı da təşkil edilib.