Ötən gün "Premier School of Chess" şahmat məktəbində "Mega Open" - beynəlxalq reytinqli şahmat turnirinin açılış mərasimi keçirilib. Sport24.az xəbər verir ki, tədbir şəhidlərin xarurəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.


Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Turnirin aparıcısı Azər Süleymanlı ilk sözü "Mega Open - Beynəlxalq Reytinqli Şahmat Turniri"nin təşkilatçısı FİDE Ustası Təbriz İdrisova verib. Ardınca Azərbaycan Şahmat Federasiyasının baş məşqçisi, beynəlxalq usta Fikrət Sideifzadə, Bakı Şəhər Gənclər və İdman idarəsinin şahmat üzrə kuratoru Cəlil Əlizadə çıxış edərək Azərbaycanda şahmatın inkişafından söz açıb, bütün iştirakçılara uğurlar arzulayıb. Daha sonra yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Cavanşir Bağırov çıxış edərək turnirin qaydaları haqqında məlumat verib.


Yarış isveçrə sistemi üzrə keçiriləcək və 7 turdan ibarət olacaq. Turnirdə Beynəxalq əmsalı ELO 2000-dək FIDE ID olan şahmatçılar iştirak edir.


Qeyd edək ki, elə ötən gün də turnirin ilk turu baş tutub