"Lənkaran Open" şahmat festivalı çərçivəsində sürətli şahmat üzrə turnir keçirilib. Sport24.az xəbər verir ki, blits yarışında Xaqan Əhməd qalib olub.

 

O, doqquz oyunda 7,5 xal toplayıb və əlavə göstəricilərə görə Rüstəm Rüstəmovu qabaqlayıb. Murad İbrahimli yarım xal geri qalaraq üçüncü yeri tutub. 

 

Rapid turnirində isə Rüstəm Rüstəmov yeddi mümkün xaldan altısını toplayaraq birinci yerə layiq görülüb. Əlavə göstəricilərə görə o, Əsgər Rzayev və Tunar Davudovu qabaqlayıb.

 

Qeyd edək ki, "Lənkaran Open" Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.