Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında Dünya kuboku davam edir. Sport24.az xəbər verir ki, bu gün keçiriləcək 1/32 finalda 2 şahmatçımız da mübarizə aparacaq.
Qrossmeysterlərimiz Ülviyyə Fətəliyeva gürcüstanlı Lela Cavaxişvili ilə, Gülnar Məmmədova isə FİDE-nin bayrağı altında çıxış edən Polina Şuvalova ilə üz-üzə gələcək.
Qeyd edək ki, Gövhər Beydullayeva və Xanım Balacayeva Dünya kubokunun ilk mərhələsində mübarizəni dayandırıblar.