Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk çıxışlarını bitirib. Sport24.az xəbər verir ki, idmançımız ilk raundda 25, ikinci və üçüncü raundun hər birində 23 xal toplayıb.

Emin 3 raundun nəticəsinə əsasən 71 xalla 24-cü pillədə qərarlaşıb. Onunla birlikdə daha 5 idmançı eyni xalı toplayıb. Təsnifat mərhələsi sabah davam edəcək. 5 raundan sonra ilk 6 pillənin sahibi finala vəsiqə qazanacaq.