Bu gün karateçimiz Rafael Ağayev (75 kq.) Tokio-2020-də mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, idmançımız B qrupunda rəqibləri Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovdu (Qazaxıstan). İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Agayev ilk döyüşünü alman Biçə qarşı keçiribə və 2:1 hesabı ilə qalib gəlib. O, ikinci görüşünü Yahiroya, üçüncü döyüşünü Ajiqanovla, nəhayət, qrupda sonuncu döyüşünü isə Luici Busaya qarşı keçirəcək.