Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb. Sport24.az xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançı macarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.

Ağayevin həlledici qarşılaşmadakı rəqibi italiyalı Luici Busa olacaq.

Agayevin qrupda döyüş proqramı:

1) Rafael Ağayev - Noa Biç - 2:1.
2) Rafael Ağayev - Çuneari Yahiro - 5:0
3) Rafael Ağayev - Nurkanat Ajikanov - 3:2
4) Rafael Ağayev - Luici Busa - 1:3.

Yarımfinal: Rafael Ağayev - Karol Harspataki - 7:0
Final: Rafael Ağayev - Luici Busa

Qeyd edək ki, Ağayevin əsas rəqibi qrupda yeganə məğlubiyyətini aldığı məhz Busa sayılır. O, ikiqat dünya, altıqat Avropa çempionudur. Ağayev 2015-ci ikdə Bakıdakı Avropa Oyunlarının finalında Busaya qalib gəlib.