Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında 3-cü görüşünü keçirib. Sport24.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Sofya Berultseva ilə üzləşərəj 4:5 hesabı ilə uduzub. O, qrupda sonuncu qarşılaşmasını Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.