Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün daha 17 medal dəsti uğrunda mübarizə gedib. Sport24.az xəbər verir ki, qeydə alınan nəticələrdən sonra mükafatçıların sayı 242-yə çatıb. Bu gün Azərbaycanın heç bir təmsilçisi mübarizə aparmadığından ölkəmiz medal şansı qazanmayıb.

Çin medal sıralanmasında (32 qızıl, 22 gümüş, 16 bürünc) liderliyini qoruyur. ABŞ (25 qızıl, 31 gümüş, 23 bürünc) 2-ci, Yaponiya (21 qızıl, 7 gümüş, 12 bürünc) 3-cü sırada qərarlaşıb.

Aktivində üç bürünc medal olan Azərbaycan millisi Misir və Meksika ilə birlikdə 76-cı yeri bölüşür.

Qeyd edək ki, "Tokio-2020"də ümumilikdə 85 ölkənin idmançıları medal qazanıb və onlardan 60-nın əyarı qızıl olub.