Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib. Sport24.az xəbər verir ki. 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançımız A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə üz-üzə gəlib.

Zaretska rəqibinə 4:1 hesabı ilə qalib gəlib. İrina növbəti döyüşünü italiyalı Silviya Semeraroya qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.