Gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Rusiya komanda idman növlərində təmsil olunmaya bilər. Sport24.az xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.

Deyilənə görə, BOK-un Lozannadakı iclasında artıq bununla bağlı qərar qəbul ediləcək. Rusiyalı idmançılar yalnız fərdi yarışlarda qüvvəsini sınayacaq. Onlar voleybol, həndbol, futbol, su polosu və basketbol yarışlarında mübarizə apara bilməyəcək.

Xatırladaq ki, son Olimpiadada Rusiyanın 3x3 basketbol, voleybol və həndbol milliləri gümüş medal qazanmışdı