Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax növbəti dəfə Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda mümkün çıxışı ilə bağlı məsələyə aydınlıq gətirib. Sport24.az xəbər verir ki, qurum rəhbəri indiki vəziyyətdə onlara qarşı təzyiqlərin artmasının əleyhinə olduğunu söyləyib: “Bütün siyasi təzyiq vasitələrinə qarşıyam. Hazırda elə təəssürat yaranır ki, rus idmançıları bu münaqişənin səbəbkarlarından biridir. Halbuki, bu, belə deyil. Olimpiya hərəkatı neytral olmalıdı və hamını öz ətrafında birləşdirməlidi. İndiki vəziyyətdə dialoq qurmağa çalışmalıyıq. Rusiyanın Ukrayananı işğal siyasətini pisləyirik. Yalnız bu siyasəti dəstəkləyənlər beynəlxalq yarışlarda iştirak etməməlidi. Növbəti iclasımızda bu məsələyə aydınlıq gətirəcəyik”.