İsveç 2030-cu ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir. Sport24.az xəbər verir ki, artıq bu ölkənin Milli Olimpiya Komitəsi məsələ ilə bağlı bəyanat yayıb.

Qurumun açıqlamasına görə, ölkənin mütəxəssisləri perspektivləri təhlil edir. Komitə İsveçdə nəhəng idman arenalarının mövcudluğunu vurğulayaraq təşkilatçılıqla bağlı heç bir problem yaşamayacağını da bildirib.

Bu barədə qərar isə yayda qəbul ediləcək. Maraqlııdır ki, qış idman növlərində böyük uğurları olsa da, İsveçdə heç vaxt Qış Olimpiadası keçirilməyib. İsveçin qonşusu isə 1952-ci ildə Osloda, 1994-cü ildə isə Lillihamerdə Olimpiadaya ev sahibliyi edib.