Rusiyanın Ukraynadakı işğalçılıq siyasətinə görə nəhəng idman yarışlarından kənarda qalmasını demək olar ki, dünyanın bütün böyük ölkələri dəstəkləyir. Sport24.az xəbər verir ki, daha doğrusu, müxtəlif ölkələrin Milli Olimpiya Komitələri BOK-a Rusiyaya görə təzyiq göstərir.
Bu mənada yalnız Avstraliya MOK-unun loyal mövqe tutması diqqət çəkir. Belə ki, bu ölkənin adıçəkilən qurumunun rəhbəri Mett Kerroll 2023-ci ildə Brisbendə keçirilməli olan Yay Olimpiya Oyunlarına rusları buraxacaqlarını bildirib. Hətta o, Avstraliya hökümətinin buna görə onlara təzyiq göstərəcəyindən narahat da deyil.
Kerroll 1980-ci ildə Moskva Olimpiadasında Avstraliyanın boykotçu ölkələrinə qoşulmasını səhv qərar olduğunu da söyləyib: “İdmançılar ölkə rəhbərliyinin işğal siyasətinə görə günahkar deyil. Bizim mövqeyimiz BOK-un çağırışı ilə üst-üstə düşür. 1980-ci ildə Moskva Olimpiadasına qarşı boykot siyasətini xatırlayırsınız? Həmin hadisədən bir neçə il sonra Avstraliyanın baş naziri bunun yanlış qərar olduğunu etiraf etmişdi”