Münətəzəm olaraq Qərb idman ictiamiyyətini tənqid, hətta bəzən təhqir edən biatlon üzrə dördqat dünya çempionu Aleksandr Tixonov bu dəfə Parisin merinin “bostanına daş atıb”. Sport24.az xəbər verir ki, veteran idmançı “Rusiya idmançılarını Olimpiadada görmək istəmirəm” deyən Jan İdalqonu tənqid etməklə yanaşı, Fransanı “zibilxana” da adlandırıb: “Paris və Fransa deyəndə, iştirak etdiyim ilk Olimpiadanı xatırlayıram. O vaxt Fransa əsl Fransa idi. İndisə ora əsl zibilxananı xatırladır. Parisin meri özünü nə hesab edir? Tixonovun adından bu şəhərin merinə deyin ki, gedib özünü psixiatra göstərsin. Onlar ağıldan kəm insanlardır. Adam heç vaxt idmanla məşğul olmayıb. Bir idmançının çəkdiyi əziyyətin nə olduğunu bilmir. Bütün dünya 2024-cü ildə keçiriləcək Olimpiadanı gözləyir!”.