Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Lozannada keçirilən İcraiyyə Komitəsinin iclasında Rusiya və Belarus idmançılarının Paris Olimpiadasına buraxılması ilə bağlı tövsiyyələr dünya idman ictiamiyyəti arasında böyük narazılıqla qarşılanıb. Sport24.az xəbər verir ki, ruslar şərtlərlə razılaşmır, əks qütbdə olanlar ümumiyyətlə onlarınn yarışlara buraxılmasını istəmir.  Çətin vəziyyətdə qalan BOK isə narazılıqları aradan qaldırmağa çalışır.

Qurumun nümayəndəsi Mark Adams isə son sözü federasiyaların deyəcəyini bildirib: “Sadəcə, tövsiyyələrimizi vermişik. Federasiyalar bu haqda qərarı özləri qəbul edəcək. Hər şey BOK-dan asılı deyil. Tövsiyyələrimizi qəbul edənlər də tapılacaq, fərqli qərar çıxaranlar da olacaq. Bundan sonra məsuliyyət onların üzərinə düşür”.